Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana gizli şəkildə "Starlink" terminalları göndərdiyi məlum olub

2 dəq
Paylaş:
ABŞ-nin İrana gizli şəkildə "Starlink" terminalları göndərdiyi məlum olub

Ştatlar İranda baş verən kütləvi fonunda bu ölkəyə gizli şəkildə "" peyk rabitə sistemləri tədarük edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən yayıb.

Nəşrin məlumatına görə, rəsmi Tehranın iğtişaşları yatırmaq məqsədilə interneti kəsməsindən sonra ABŞ ölkəyə qaçaqmalçılıq yolu ilə təxminən 6000 ədəd peyk dəsti daxil edib.

Bu, ABŞ tərəfindən İrana birbaşa "Starlink" göndərilməsi ilə bağlı qeydə alınan ilk haldır.

Departamenti İran hakimiyyətinin müxaliflərinə kömək etmək üçün ümumilikdə 7000-ə yaxın terminal satın alıb.

ABŞ Prezidenti Donald Trampın bu tədarüklərdən xəbəri olub, lakin onun planı şəxsən təsdiqləyib-təsdiqləmədiyi dəqiq bilinmir.

Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skot Bessent bildirmişdi ki, onun rəhbərlik etdiyi qurum ilin əvvəlində İranda kütləvi etirazların başlaması üçün ciddi zəmin yaradıb.

Xatırladaq ki, "Starlink" layihəsi Elon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinə məxsusdur və dünyanın ən ucqar nöqtələrini belə yüksəksürətli internetlə təmin etmək məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax