Əsas məzmuna keç

İranda Starlink casusları saxlanıldı

İranda Starlink casusları saxlanıldı

Tehranın təhlükəsizlik orqanları İlon Maskın peyk şəbəkəsi ilə gizli məlumat ötürən şəxsləri həbs edib. Kəşfiyyat ittihamı ilə bağlı şok təfərrüatlar xəbərimizdə.

ru en

İran polisi "" avadanlığından istifadə edərək casusluq etməkdə təqsirli bilinən bir neçə nəfəri saxlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al-Jazeera" İran mediasına istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Yusifabadda icarəyə götürdükləri mənzili fəaliyyəti üçün baza kimi istifadə ediblər.

"Müasir rabitə avadanlıqları, o cümlədən "Starlink" sistemləri xarici kəşfiyyat xidmətlərinə və düşmən şəbəkələrinə məlumat ötürmək üçün istifadə edilib", - nəşrlər yazır.

Saxlanılanların dəqiq sayı açıqlanmır.

Şirazdan təxminən 80 km cənub-şərqdə yerləşən Sərvistan şəhərində isə bir nəfər saxlanılıb. Polisin versiyasına görə, saxlanılan şəxs "düşmən qurumlarla" edərək strateji əhəmiyyətli obyektlərin foto və videolarını göndərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…