Əsas məzmuna keç

Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlandı

Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlandı

Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb. Bu il ölkədə insanlarda virusa yoluxma qeydə alınmayıb.

ru en

Sloveniyada ölü qarğalarda aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkədə quşlarda bu virusa sonuncu dəfə 2024-cü ildə rast gəlindiyi bildirilib.

Məlumata görə, bu il Sloveniyada insanlarda Nil virusuna yoluxma halı qeydə alınmayıb.

Quşlar, xüsusilə qarğalar, ilə yayılan virusun təbii rezervuarı hesab olunur.

Qərbi Nil virusu əsasən “Culex” cinsinə aid ağcaqanadların dişləməsi ilə insanlara keçir.

Virusa qarşı peyvənd olmadığı üçün dişləmələrindən qorunmaq tövsiyə edilir.

Ağcaqanad dişləməsindən sonra inkubasiya dövrünün 2-14 gün arasında dəyişdiyi bildirilir. İmmuniteti zəif olan şəxslərdə bu müddətin 21 günə qədər uzana bildiyi qeyd olunur.

Virusun keçdiyi insanların 80 faizində heç bir simptom müşahidə olunmur.

Xəstələrin təxminən 20 faizində isə qızdırma, halsızlıq, ürəkbulanma və qusma, baş və əzələ ağrıları yarana bilər.

Əvvəlcə yalnız Afrikada müşahidə olunan Qərbi Nil virusu sonradan Fransa, İtaliya, İspaniya və Portuqaliya başda olmaqla bir sıra Avropa ölkələrinə yayılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…