Əsas məzmuna keç

Yunanıstanda Qərbi Nil virusu yayılır: Ölüm sayı artır

Yunanıstanda Qərbi Nil virusu yayılır: Ölüm sayı artır

Yunanıstanın səhiyyə qurumları ölkədə Qərbi Nil virusuna yoluxma hallarının artdığını və son bir həftədə 6 nəfərin bu səbəbdən dünyasını dəyişdiyini açıqlayıb.

en ru

Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları və virus səbəbindən ölüm hallarının sayı artıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) son hesabatına əsasən, avqustun 19-dan 26-dək ölkə üzrə 75 yeni yoluxma halı qeydə alınıb.

Bildirilib ki, il ərzində səbəbindən ölənlərin ümumi sayı son bir həftədə qeydə alınan 6 yeni ölüm hadisəsi ilə 19-a yüksəlib.

Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatlarına görə, İtaliyadan sonra Qərbi Nil virusunun ən çox yayıldığı ikinci Avropa ölkəsidir.

Mütəxəssislər virusun yayılmasına ölkənin coğrafi mövqeyi və iqlim şəraitinin təsir etdiyini bildirirlər. Mülayim virusu daşıyan ağcaqanadların daha uzun müddət aktiv qalmasına imkan verir.

Bəzi bələdiyyələrdə ağcaqanadlara qarşı mübarizə tədbirlərinin kifayət qədər effektiv həyata keçirilməməsi də epidemioloji vəziyyəti amillərdən biri kimi göstərilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…