Operativ Məlumat Mərkəzi

Şimali Kuril adaları yaxınlığında zəlzələ baş verib

1 dəq
Paylaş:
Şimali Kuril adaları yaxınlığında zəlzələ baş verib
bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib. "Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən...

Sakit okeanın şimalındakı Kuril adaları sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.

"Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 51 km dərinlikdə yerləşib", - Semenova bildirib.

Sunami təhlükəsi elan edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər