Əsas məzmuna keç

“Polo” qasırğasının gücü dördüncü kateqoriyaya yüksəldi

“Polo” qasırğasının gücü dördüncü kateqoriyaya yüksəldi

ABŞ Milli Qasırğa Mərkəzi Meksika sahilləri yaxınlığında təsirli olan “Polo” qasırğasının gücləndiyini açıqlayıb. Qasırğanın beşinci kateqoriyaya çatacağı istisna edilmir.

en ru

okeanın sahilləri yaxınlığında tüğyan edən “Polo” qasırğası sürətlə güclənərək dördüncü kateqoriya fırtına səviyyəsinə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mayamidə yerləşən Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.

Məlumata görə, küləyin maksimual sürəti saatda 215 kilometrə çatır. Sinoptiklər qasırğanın yaxın günlərdə daha da şiddətlənərək Saffir-Simpson şkalası üzrə ən yüksək təhlükə həddi olan beşinci kateqoriyaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Qasırğanın bilavasitə quruya çıxması gözlənilməsə də, onun mərkəzinin Meksikanın cənub-qərb sahillərinə yaxın keçəcəyi bildirilir. Bu səbəbdən Gerrero və Miçoakan ştatlarının zonalarında cümə axşamına qədər şiddətli yağışlar proqnozlaşdırılır.

Qurum güclü yağıntıların xüsusilə dağlıq ərazilərdə həyat üçün təhlükə törədə biləcək daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyini diqqətə çatdırıb. Sahil boyu yerləşən Kolima və Xalisko ştatlarında da fırtına xəbərdarlığı elan edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Növbəti xəbər yüklənir…