“Sevinirik ki, bu cür gənc qapıçıya sahibik” – “Neftçi”nin keçmiş qapıçısı

“Sevinirik ki, bu cür gənc qapıçıya sahibik” – “Neftçi”nin keçmiş qapıçısı
05.04.2023 14:35
Aa
dəq

Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsində ardıcıl iki dəfə məğlub olması futbol ictimaiyyətini bir daha düşünməyə vadar etdi. Yığma komandanın Avstriya ilə matçda 1:4, İsveçlə qarşılaşmada isə 0:5 hesabı ilə uduzması azarkeşlərin yenidən məyus olmasına səbəb oldu.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında yığmanın qapıçıları – Yusif İmanov və Emil Balayevin ciddi səhvlər etmədiyini deyib:

"Yəqin ki, oyunları izləmisiniz. Mən də hər birinə baxmışam. Açığı, qapıçılarda heç bir səhv yox idi. Sadəcə olaraq, qolkiperlər buraxdığı qollarda komandanı xilas etmək üçün imkana sahib idilər. 90 dəqiqə ərzində onlar kobud səhvə yol vermədilər. Yenə də deyirəm: topları çıxartmaq ehtimalları 50-nin 50-yə idi. Qapıçılarda belə bir məsələ var: onlar bir vacib qurtarış etməklə komandanı xilas edə bilirlər. Mən özüm oynadığım müddətdə etdiyim seyvlə nəticəyə təsir edə bilirdim. Real səhv bilirsiniz nədir? Topu əlindən buraxmaq, çıxışlarda səhvlərə yol vermək və s. Bunların heç birini qapıçılarımızda görmədim.

Emil Balayev təcrübəli qapıçıdır. Yusif İmanov isə gəncdir, perspektivlidir. Demək olar ki, oyun zamanı Yusifdə təlaş görmədim. O, sərbəst oynayırdı. Qol epizodlarında komandaya kömək etmək ehtimalı var idi, amma edə bilmədi. Bu da zaman keçdikcə düzələcək. 2-3 ildən sonra biz tamamilə fərqli Yusif İmanov görə bilərik. Şükürlər olsun ki, o, daxili çempionatımızda "Sabah"ın əsas qapıçısıdır. Sevinirik ki, bu cür gənc qapıçıya sahibik. Ən azından bu, milli komandamızın gələcəyi üçün xeyirlidir. Daha düşünməyəcəyik ki, qapını etibar etmək üçün kim var, kim yox?

Aşağı yaş qruplarında işlədiyim üçün deyə bilərəm ki, yaxşı qapıçılarımız var. Əsas odur gələcəkdə millidə qapıçı qıtlığı olmasın. Qapıçı mövqeyi çox həssas mövqedir".

“Neftçi”nin keçmiş qapıçısı "Beynəlxalq oyun təcrübəsi olmayan İmanov həmin görüşdən sonra psixoloji geriləmə yaşaya bilər" sualını aşağıdakı kimi cavablandırıb:

"Milliyə dəvət alan futbolçu motivasiyalı olur. İmanov psixoloji gərginlik yaşaya bilməz. Əksinə, o, bununla fəxr edir. Yusif gələcəkdə daha çox məsuliyyətli olacaq, mübarizə aparacaq. Onun inkişafı üçün yeni yol açıldı. Bunu nəzərə almaq lazımdır. "Sabah"ın heyətində də əsas çərçivə qoruyucusudur. İnanmıram ki, psixoloji cəhətdən problem yaşasın".

Rövşən Əlisoy

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu