Əsas məzmuna keç

Səudiyyə Ərəbistanı 8 dronu məhv etdi

Səudiyyə Ərəbistanı 8 dronu məhv etdi

Krallığın Müdafiə Nazirliyi Ər-Riyad və Əl-Xarci üzərində PUA-ların HHM vasitələri ilə zərərsizləşdirildiyini bildirdi. Bölgədəki son vəziyyət və hücumun detalları.

en ru

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkə ərazisinə yönəlmiş bir neçə dronu məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, martın 13-də hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi və şərq bölgələrində, həmçinin Əl-Xarci əyalətində və paytaxt Ər-Riyadın qərb hissəsində səkkiz dronu vuraraq məhv edib.

Nazirlik daha əvvəl də bir sıra hücumlar zamanı daha 14 dronun ələ keçirilərək zərərsizləşdirildiyini açıqlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…