Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sergey Lavrov tədbir zamanı söyüş söydü

2 dəq
Paylaş:
Sergey Lavrov tədbir zamanı söyüş söydü

naziri Lavrovun işlətdiyi nalayiq ifadələr canlı yayıma düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Rusiya Xarici İşlər Nazirliyinin Akademiyasında keçirilən 12-ci səfirlik dəyirmi masası zamanı baş verib.

Məlumata görə, nazirin çıxışı zamanı mikrofonun açıq qalması səbəbindən onun həmsöhbəti ilə söhbəti canlı yayımda eşidilib.

Rusiya XİN-in "X" sosial şəbəkəsində paylaşdığı görüntülərdə Lavrovun sağ tərəfində əyləşən şəxslə danışdığı görünür.

Bildirilib ki, tədbirin aparıcısı sual vermək istəyən jurnalistləri dəvət edərkən Lavrovun "təxmin etdilər, artıq pis deyil" dediyi eşidilib. Daha sonra aparıcı Yəməndən olan jurnalisti mikrofona çağırarkən nazir həmsöhbətinə cavab olaraq nalayiq ifadələr işlədib.

Qeyd olunub ki, "Yox, (...), cəhənnəmə, artıq hər şey bitib" sözlərini dedikdən sonra jurnalistlərlə ünsiyyətə davam edib.

Bu, Sergey Lavrovun ictimaiyyət qarşısında etik mübahisələrə səbəb olan ilk davranışı deyil. Xatırladaq ki, 2016-cı ildə də o, jurnalistlərdən birinə "What do you want?" ("Nə istəyirsiniz?") dedikdən sonra uzaqlaşarkən rus dilində təhqiramiz ifadə işlətmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax