Əsas məzmuna keç

SEPAH Trampın iddialarını təkzib etdi

SEPAH Trampın iddialarını təkzib etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın seçilmiş prezidenti Donald Trampın iddialarına sərt reaksiya verib. Rəsmi Tehran gizli təmasları niyə inkar edir?

en ru

İslam İnqilabı Keşikçiləri Korpusunun () nümayəndəsi general Hüseyn Mohebi Prezidenti Trampın Vaşinqtonun müharibə ilə bağlı məsələlər üzrə pərdəarxası kanal vasitəsilə SEPAH nümayəndələri ilə danışıqlar aparması barədə bəyanatını təkzib edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Tasnim"ə istinadən xəbər verir.

"SEPAH nümayəndələri ilə amerikalılar arasında heç bir danışıqlar aparılmır", - o bildirib.

Mohebinin sözlərinə görə, SEPAH "İran xalqının və İslam Respublikasının gücünün əli və səsi"dir və "öz mövqeyini birbaşa döyüş meydanında ifadə edir".

"Diplomatik məsələlər İslam Respublikasının digər strukturlarının səlahiyyətlərinə aiddir. Bununla yanaşı, mövcud məlumata və XİN rəhbərliyinin bəyanatlarına əsasən, hazırda ABŞ-la hətta diplomatik səviyyədə belə danışıqlar aparılmır", - SEPAH nümayəndəsi qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…