Əsas məzmuna keç

SEPAH ABŞ bazalarına PUA hücumu etdi

SEPAH ABŞ bazalarına PUA hücumu etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriya və İraqdakı Amerika hərbi obyektlərini hədəf aldı. Yaxın Şərqdə gərginliyi artıran dron zərbələrinin təfərrüatı.

en ru

ABŞ-nin İordaniya və Bəhreyndəki hərbi bazaları İranın pilotsuz uçuş aparatlarının () hədəfinə çevrilib.

“Operativ Məlumat Mərkəzi-OMM” IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun () bəyanatında bildirilib.

"Dronlar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib", - SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb.

Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub: "İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək".

Xatırladaq ki, İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb. ordusunun Əhvaz şəhərinin ətraf ərazilərinə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 sakin yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…