Operativ Məlumat Mərkəzi

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

1 dəq
Paylaş:
Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə "Operativ...

Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər