Əsas məzmuna keç

Bu yollarda təmir işləri həyata keçiriləcək

Bu yollarda təmir işləri həyata keçiriləcək

AAYDA Bakının Rəşid Behbudov, Ziya Bünyadov və Səməd Vurğun küçələrində bərpa işlərinə başlayır. Aprelin 20-dək nəqliyyatda tətbiq olunacaq qadağaların tam siyahısı.

en ru

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında həyata keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

* Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);

* Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, "Koroğlu" istiqamətində, hissə-hissə);

* Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);

* Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);

* Bakı Dairəvi yoldan "Meyvəli Ticarət Mərkəzi"nə gedən yol.

İşlərin icra tarixi və müddəti:

* 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək.

Göstərilən tarixlərdə vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…