Əsas məzmuna keç

4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb

4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb

AAYDA Rəşid Behbudov, Şərifzadə küçələri, Ziya Bunyadov prospekti və Meyvəli yolunda hərəkəti bərpa etdi. Sürücülər üçün yaradılan yeni şəraitin detalları linkdə.

en ru

Vətəndaşlar üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində həyata keçirilib.

İşlərin vaxtında yekunlaşdırılması məqsədilə həftəsonu 24 saat fasiləsiz iş rejimi təşkil olunub.

Təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum maneə yaradılması üçün bütün zəruri tədbirlər görülüb.

Nəticədə 4 ərazidə təmir-bərpa işləri uğurla başa çatdırılıb:

1. R. küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov küçəsinə qədər olan hissə);

2. Z. prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürk küçəsinə qədər);

3. A. M. Şərifzadə küçəsi (Ə. Əhmədov küçəsindən A. Abbasov küçəsinə qədər olan hissə);

4. Bakı Dairəvi yolundan "Meyvəli Ticarət Mərkəzi"nə gedən yol.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…