Əsas məzmuna keç

Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb

Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb

Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Şəkidə qanunsuz çalışan ocaqxananın fəaliyyəti dayandırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan zamanı rayonu, Baş Şabalıd kəndində vətəndaş Mustafa Paşa oğlu Mustafayevə məxsus həyətyanı sahədə qeyri-qanuni yolla kömürü istehsal edən ocaqxana aşkar olunub.

Qanunsuz fəaliyyətlə məşğul olan işbaz tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxananın istismar edilməsi yaşayış massivində yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürünün hazırlandığı ocaqxananın fəaliyyəti dayandırılaraq, onu təşkil edən Şəki rayonu, Baş Şabalıd kəndinin sakini M.Mustafayev barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…