“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisi Yohan Manzambini mövsüm ərzində izləməyi və 2027-ci ilin yayında transferi üçün addım atmağı hədəfləyir. Bu barədə “The Sun” məlumat yayıb.
Qəzetin yazdığına görə, 20 yaşlı futbolçu Aleksis Mak Allisterin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir. Mak Allisterə Madrid “Real”ının maraq göstərdiyi bildirilir.
İsveçrəli futbolçu ötən yay “Aston Villa”ya keçib. O, bu müddətdə bütün turnirlərdə beş oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə verib. Yohan Manzambinin klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, yarımmüdafiəçinin bazar dəyəri 65 milyon avrodur.