“Aston Villa” oktyabrın 21-də Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Vikinq”i 3:1 hesabı ilə məğlub edib.
Bu qələbə İngiltərə təmsilçisinin Avropa çempion klublar kuboku və Çempionlar Liqasında 20-ci olub.
Opta-nın məlumatına görə, “Aston Villa” 20 qələbə həddinə turnirdə keçirdiyi 30-cu matçda çatıb. Bununla komanda tarixdə bu göstəriciyə ən tez nail olan ikinci klub olub.
Bu nəticəni daha sürətli əldə edən yeganə komanda “Real Madrid”dir: İspaniya klubu 20-ci qələbəsini 29-cu matçında qazanıb.