Çərşənbə günü, noyabrın 25-də Çempionlar Liqasının ümumi mərhələsinin V turu çərçivəsində “Atletiko Madrid” və “Vikinq” komandaları qarşılaşıb. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Atletiko Madrid”in heyətində Aleksander Sörlot və Xulian Alvares fərqləniblər.
Matçın sonlarına yaxın “Vikinq”in müdafiəçisi Henrik Falşener qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın videoicmalını internetdə izləmək mümkündür.