PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasında heyət rotasiyasına görə üstünlük əldə etməsi ilə bağlı fikirlərə münasibət bildirib. Bu iddialarda Fransanın çempionatının səviyyəsinin aşağı olması səbəbindən Enrikenin oyunçulara daha çox istirahət vermək imkanı qazandığı irəli sürülür.
“PSJ kimi komandanın ətrafında belə söz-söhbətlərin olması adi haldır. Buraya gəlməzdən əvvəl eşidirdim ki, Fransa çempionatı lazımi səviyyədə olmadığı üçün PSJ heç vaxt Çempionlar Liqasını qazana bilməyəcək. İndi qalib gələndə isə çoxları şikayət edir. Bu, artıq adətə çevrilir və normal qarşılanır”, – Enrikeni RMC Sport sitat gətirib.
PSJ son iki mövsümdə Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi cari mövsümdə Fransa Liqasının altı turundan sonra 11 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasında isə turnirin startında keçirdiyi iki oyunda qələbə qazanıb.