Əsas məzmuna keç

Niderland vətəndaşı Şəkidə xilas edildi: DSX-dən əməliyyat

Niderland vətəndaşı Şəkidə xilas edildi: DSX-dən əməliyyat

Şəki dağlarında itlərin hücumuna məruz qalan əcnəbi turist 2000 metr yüksəklikdə xilas edildi. DSX-nin xüsusi qrupu ağır yaralı şəxsi təcili əməliyyat edib.

en ru

Avqust ayının 29-da saat 17:00 radələrində rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olmuşdur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.

Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – aviareysi ilə

Respublikasına gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.

Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilib.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…