Əsas məzmuna keç

Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

DSX-nin yanvar hesabatı: Dronla gətirilən 120 kq narkotik, 6 milyonluq qaçaqmal və qanunsuz miqrasiya cəhdləri. Sərhəddə yaxalanan əcnəbilər barədə mühüm detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dövlət Xidməti () 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlərin nəticələrini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi məlumatda ay ərzində dövlət sərhədini pozmağa cəhd göstərən 17 nəfər saxlanıldığı bildirilib.

Saxlanılan şəxslərdən 6-sı Əlcəzair, 4-ü , 4-ü İraq, 3-ü Pakistan vətəndaşı olub.

Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlar zamanı saxtalaşdırılmış tarix möhürü və pasportdan, eləcə də özgəsinə məxsus sənədlərdən istifadə edərək sərhədi keçməyə çalışan 3 nəfər müəyyən edilərək saxlanılıb.

Sərhəd rejimi qaydalarının pozulması ilə bağlı 117 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 302 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Eyni zamanda ölkədən çıxışı qadağan edilən 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 8 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Hesabat dövründə 2 halda narkotik vasitələrin pilotsuz uçuş aparatları vasitəsilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb. Ümumilikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 120 kiloqram 645 qram aşkar edilərək dövriyyədən çıxarılıb.

Qaçaqmalçılığa qarşı keçirilən tədbirlər nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat olan müxtəlif mallar, o cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman preparatları və tütün məmulatları aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidməti bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində əməliyyat və nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…