Əsas məzmuna keç

Səhiyyə Nazirliyi: Epidemioloji vəziyyət hazırda sabitdir

Səhiyyə Nazirliyi: Epidemioloji vəziyyət hazırda sabitdir

Səhiyyə Nazirliyi ölkədə mövsümi viruslar və yoluxucu xəstəliklərlə bağlı rəsmi açıqlama yaydı. Yoluxma riskləri, profilaktik tədbirlər və son vəziyyətlə tanış olun.

en ru

Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə və sürətli cavab tədbirlərini koordinasiya edir.

"Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…