Əsas məzmuna keç

Ölkəyə qripə qarşı vaksinlər gətirildi

Ölkəyə qripə qarşı vaksinlər gətirildi

Azərbaycanda əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi...

en ru

Azərbaycanda əhali arasında qrip və digər infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəyə qarşı vaksinlər gətirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinin artması müşahidə olunur.

Səhiyyə nazirinin "2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə" əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.

əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.

Vurğulanıb ki, qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…