Əsas məzmuna keç

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti və idarəetməsi Səhiyyə Nazirliyinə təhvil verilir.

en

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.

TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…