Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

2 dəq
Paylaş:
Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

Milli Məclisin sədri Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüş zamanı Bəhreyn kralı Azərbaycanın inkişafını yüksək qiymətləndirib, həmçinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

O, ikitərəfli əlaqələrin genişləndirilməsində parlamentlərin mühüm rol oynadığını qeyd edib.

Sahibə Qafarova –Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslandığını bildirib.

Onun sözlərinə görə, mövcud siyasi əlaqələr iqtisadiyyat, investisiya və turizm də daxil olmaqla digər sahələrdə də üçün geniş imkanlar yaradır. Milli Məclisin sədri bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu da diqqətə çatdırıb.

Görüşdə iki ölkənin təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəridir. O, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin, eləcə də sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax