Əsas məzmuna keç

Şahbuzda qar 37 sm-ə çatdı, yollarda duman var

Şahbuzda qar 37 sm-ə çatdı, yollarda duman var

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bölgələrin əksəriyyətinə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidməti martın 2-si saat 10:00-a...

en ru

Azərbaycanda qeyri-sabit davam edir, bölgələrin əksəriyyətinə qar yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti martın 2-si saat 10:00-a olan məlumatını açıqlayıb.

Qarın hündürlüyü ən çox Şahbuzda qeydə alınıb – 37 sm. Kişçayda () bu göstərici 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq və Qrızda isə 24 sm təşkil edir.

Digər dağlıq və dağətəyi rayonlarda qar örtüyünün hündürlüyü belədir: Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar və Gədəbəydə 18, Laçın, , Qubadlıda 16, Sarıbaşda (Qax) 15 sm.

Həmçinin Şuşada 12, Xaltanda 11, və Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 sm qar müşahidə olunub.

Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8 mm olub. Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naxçıvan və digər bölgələrdə isə yağıntı 5 mm təşkil edib.

Hazırda Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki və digər ərazilərdə duman müşahidə olunur, yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

18° Bakıda indiTutqun
  1. Bu gün Arabir yağış 20° 17° yağış 42%
  2. Sabah Tutqun 19° 15° yağış 60%
  3. Birisi gün Günəşli 18° 15°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…