Əsas məzmuna keç

Sabunçuda avtomobil nömrələri oğurlayan şəxslər saxlanılıb

Sabunçuda avtomobil nömrələri oğurlayan şəxslər saxlanılıb

Bakıda dövlət qeydiyyat nişanlarını söküb sürücülərdən şantajla vəsait qoparan Həsən Səfərli və əlvan metal oğrusu Elçin Xəlilov yaxalandı. DİN-in şok detalları!

en ru

Sabunçuda nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus vasitələrinin dövlət nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə iki avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin da müəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…