Əsas məzmuna keç

Sumqayıtda avtomobil ustaları oğurluq etdikləri üçün saxlanılıblar

Sumqayıtda avtomobil ustaları oğurluq etdikləri üçün saxlanılıblar

Sumqayıtda müştəri nəqliyyat vasitələrini talayan Q.Rəcəbov və A.Quliyev DİN tərəfindən tutulub. 4-cü Polis Bölməsinin əməliyyatının şok detalları xəbərimizdə.

en ru

Sumqayıtda bir avtomobildən oğurladıqları ehtiyat hissələri ilə digər maşını təmir edən ustaları saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A. müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən vasitəsini onların yanına təmir məqsədi ilə gətirib.

Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…