Əsas məzmuna keç

Xaçmazda 50 minlik böyük oğurluq

Xaçmazda 50 minlik böyük oğurluq

Xaçmaz rayonunda mənzilə daxil olan naməlum şəxslər 50 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb. Polis cinayətkar qrupun izinə düşüb, təfərrüat nədir?

en ru

Xaçmazda evlərdən və hoteldən etməkdə şübhəli şəxslər saxlanılıblar.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyinin xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Calal Səfərəliyev və tanışı, 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar.

əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonu ərazisində yerləşən hotellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb. Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…