Əsas məzmuna keç

Nərimanovda 100 minlik qızıl oğurlandı

Nərimanovda 100 minlik qızıl oğurlandı

Bakıda ticarət mərkəzindən külli miqdarda zinət əşyası talayan Rafael Quluzadə və digərləri tutulub. DİN əməliyyatı ilə Beyləqandakı gizli ünvan ifşa olundu.

ru en

Bakının Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.

Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…