Əsas məzmuna keç

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sinoptiklər Bakı və bölgələrdə gözlənilən temperatur dəyişikliyi ilə bağlı xəbərdarlıq etdi. Sabah hava necə olacaq? Yağıntılı şərait sizi təəccübləndirəcək.

en ru

Bakıda və yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…