Əsas məzmuna keç

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı

“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletlərin satışına başlanıldığını elan edib....

en ru

“Sabah” klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletlərin satışına başlanıldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Masazır təmsilçisinə istinadla xəbər verir ki, bir biletlə Olimpiya Stadionunda keçiriləcək bütün 4 qarşılaşmanı izləyə biləcəklər.

Məlumata görə, biletlərin qiyməti 35-dən 285 təşkil edir. Əldə edilən biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa olunmur. Biletlər yalnız QR-bilet formatında təqdim olunacaq. Onlardan istifadə etmək üçün azarkeşlər alışı həyata keçirdikləri istifadəçi hesabı ilə “iTicket” mobil tətbiqinə daxil olmalıdırlar. QR-kodlar yalnız müvafiq oyunların keçirildiyi günlərdə aktivləşəcək.

Qeyd edək ki, “Sabah” öz meydanında Çexiyanın “Slaviya”, Almaniyanın “Borussiya Dortmund”, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” klublarını qəbul edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…