Əsas məzmuna keç

“Sabah”ın Çempionlar Liqası oyunlarına fərdi biletlər satılacaq

“Sabah”ın Çempionlar Liqası oyunlarına fərdi biletlər satılacaq

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.Bu barədə "Operativ Məlumat...

en ru

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" komandasının mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə dörd ev əhatə edən biletlərin yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.

Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.

Qeyd edək ki, paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.

Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.

Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər. Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…