Əsas məzmuna keç

"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib

"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib

Paytaxt təmsilçisi Portuqaliyanın "Jil Visente" klubundan Karlos Eduardonu heyətinə qatıb. 24 yaşlı forvardın icarə müddəti və detalları açıqlanıb.

en ru

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, braziliyalı hücumçu Eduardo transfer olunub.

24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb. Müqavilədə satınalma şərti də nəzərdə tutulub.

Qeyd edək ki, Karlos Eduardo karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…