Əsas məzmuna keç

"Real Madrid" Niko Pasın gələcəyi ilə bağlı qərarını verib

"Real Madrid" Niko Pasın gələcəyi ilə bağlı qərarını verib

İtaliyanın "Komo" klubunda icarə əsasında çıxış edən argentinalı yarımmüdafiəçi növbəti mövsümdə də Madrid təmsilçisinə qayıtmayacaq.

en ru

İspaniyanın nəhəng klubu "" öz yetirməsi olan Pasın transferi ilə bağlı maraqlı qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Onda Cero" nəşrinə istinadən xəbər verir ki, hazırda İtaliya A Seriyasında ""nun heyətində çıxış edən 21 yaşlı argentinalı yarımmüdafiəçi bu yay Madridə geri dönməyəcək.

Madrid təmsilçisinin rəhbərliyi gənc futbolçunun inkişafını davam etdirməsi üçün onun "Komo"da qalmasını daha məqsədəuyğun hesab edib.

Klubun əsas hədəfi Pasın stabil oyun praktikası qazanması və təcrübəsini artırmasıdır.

Xatırladaq ki, "Real Madrid"in müqaviləyə əsasən futbolçunu 9 milyon avro qarşılığında geri almaq hüququ var, lakin klub bu hüquqdan hələlik istifadə etməyəcək.

Gənc oyunçu cari mövsümdə göstərdiyi performansla diqqət mərkəzində olub. Onun statistik göstəriciləri belədir:

  • Ümumi oyun sayı: 40
  • Vurduğu qollar: 13
  • Məhsuldar ötürmələr: 7

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…