Əsas məzmuna keç

Sabah hava yağıntılı olacaq: Rəsmi proqnoz açıqlandı

Sabah hava yağıntılı olacaq: Rəsmi proqnoz açıqlandı

8 Martda Bakıda yağış, dağlıq rayonlarda isə qar gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin temperatur və külək barədə mühüm xəbərdarlığı ilə tanış olun.

en ru

Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı, ərazilərdə isə yağacağı proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Bölgələrdə temperatur gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Dağlarda gecə 5-10° , yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta müşahidə ediləcək.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…