Əsas məzmuna keç

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşdü

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşdü

Rəsmi İrəvanın ərzaq təhlükəsizliyi üçün kritik addım: Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu ilə taxıl tədarükü regionda yeni vəziyyət yaradıb.

en ru

Bu gün ərazisindən keçməklə Ermənistana buğdası 14 vaqondan ibarət yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədarük edilən taxılın ümumi çəkisi 979 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…