Əsas məzmuna keç

Rusiya-Ermənistan yük qatarı Biləcəridən yola düşdü

Rusiya-Ermənistan yük qatarı Biləcəridən yola düşdü

Moskvadan İrəvana istiqamətlənən yük qatarı Azərbaycan ərazisindən tranzit keçir. Strateji xammalın daşınması ilə bağlı detallar və marşrutun təfərrüatı yazıda.

en ru

Bu gün ərazisindən keçməklə Ermənistana buğdası və propan daşıyan 10 vaqondan ibarət yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Qatar cədvəli

15:00 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…