Əsas məzmuna keç

Rusiyada yüksək vəzifəli rəsminin Ukrayna kəşfiyyatı tərəfindən öldürülməsinin qarşısı alınıb

Rusiyada yüksək vəzifəli rəsminin Ukrayna kəşfiyyatı tərəfindən öldürülməsinin qarşısı alınıb

Təhlükəsizlik Xidməti (FTX) xüsusi xidmət orqanları tərəfindən Moskvadakı Trekurovski qəbiristanlığında Rusiya dövlətinin yüksək vəzifəli nümayəndəsinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mediası FTX-yə istinadən məlumat yayıb.

FTX-nin məlumatına görə, sui-qəsdin hazırlanması üçün Ukrayna tərəfi Mərkəzi Asiya ölkələrindən olan qeyri-qanuni miqrantı və əvvəllər məhkum olunmuş, narkotik asılılığı olan iki Rusiya vətəndaşını və cinayət törədərək Ukraynaya qaçan bir şəxsi cəlb edib.

Əməliyyat zamanı messencerlərdə Ukrayna xüsusi xidmət əməkdaşı ilə yazışmalar, həmçinin güldan kimi maskalanmış, uzaqdan idarə olunan videomüşahidə kamerası aşkarlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…