Əsas məzmuna keç

“Baku Sporting” Samir Ələkbərov və Davud Əsgərovla yollarını ayırdı

“Baku Sporting” Samir Ələkbərov və Davud Əsgərovla yollarını ayırdı
— Foto: idman.biz

“Baku Sporting” klubunda baş məşqçi Samir Ələkbərov və qapıçılar üzrə məşqçi Davud Əsgərovla əməkdaşlığa xitam verilib.Qərar klub rəhbərliyi tərəfindən...

en ru

“Baku Sporting” klubunda baş məşqçi Samir Ələkbərov və qapıçılar üzrə məşqçi Davud Əsgərovla əməkdaşlığa xitam verilib.

Qərar klub rəhbərliyi tərəfindən qəbul olunub. Beləliklə, hər iki mütəxəssis komandadakı fəaliyyətini başa vurub.

“Baku Sporting” ayrılıqla bağlı açıqlamasında Samir Ələkbərova və Davud Əsgərova gördükləri işə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Komandanın məşqçilər korpusunda baş verən dəyişiklik Birinci Liqasının beşinci turunda MOİK-lə keçirilən oyundan sonra açıqlanıb. Həmin görüşdə “Baku Sporting” rəqibinə 1:3 hesabı ilə məğlub olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…