Bu yay “Turan Tovuz”dan ayrılan yarımmüdafiəçi Tural Bayramlının yeni komandası bəlli olub. 28 yaşlı futbolçu karyerasını Birinci Liqada çıxış edən MOİK-də davam etdirəcək.
Fanat.az-ın məlumatına görə, Bayramlı hazırda MOİK-in düşərgəsindədir. O, oktyabrın 2-də “Xankəndi” ilə keçirilən yoxlama oyununda da iştirak edib.
Futbolçu ilə cari mövsümün sonunadək nəzərdə tutulan müqavilənin imzalanacağı bildirilir.
MOİK Birinci Liqanın ilk üç turunda dörd xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.