Əsas məzmuna keç

Putini qoruyan 4 nəfər kimdir?

Putini qoruyan 4 nəfər kimdir?

bu barədə qrupun yaydığı məlumatda bildirilib.Qrupun məlumatına görə, həmin şəxslər Putinin ən yaxın mühafizəçiləri və köməkçiləri arasında yer alır....

en ru

Ukraynanın açıq mənbəli “OSİNT-Bees” kəşfiyyat təhlili qrupu Prezidenti Vladimir Putinin ən yaxın mühafizəçiləri olduğu bildirilən 4 şəxsin kimliyini müəyyənləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qrupun yaydığı məlumatda bildirilib.

Qrupun məlumatına görə, həmin şəxslər Putinin ən yaxın mühafizəçiləri və köməkçiləri arasında yer alır. Onların bəzən prezidentin səfərləri zamanı onunla eyni məkanda, hətta qonşu otaqlarda gecələdiyi iddia olunur.

“OSİNT-Bees” onları “adyutantlar” adlandırıb və Rusiya imperiyası dövründə çarlara xidmət edən şəxslərlə müqayisə edib.

Məlumata görə, dörd şəxsin hamısı Moskva və ya Moskva vilayətindəndir və Rusiya Mühafizə Xidmətinin Təhlükəsizliyi Xidmətində xidmət edir. Onların polkovnik-leytenant və ya daha aşağı rütbədə olduğu bildirilir.

Putinin 4 köməkçisi kimdir?

Aleksey Melnikov – 39 yaşındadır. Federal Mühafizə Xidmətinin Akademiyasının məzunu olduğu bildirilir. Fotolarda onun Putini müxtəlif rəsmi səfərlərdə müşayiət etdiyi görünür. Onun həyat yoldaşı ilə birlikdə istirahət zamanı çəkilmiş fotolarının da olduğu qeyd edilir.

0b455c6e9b3aada8.webp

Sergey Moskalenko – 43 yaşındadır. Yayılan görüntülərdə onun Putinlə birlikdə lideri Si Szinpin və digər dünya liderləri ilə görüşlərdə olduğu görünür. Onun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Qolitsın adına Sərhəd İnstitutunu bitirdiyi ehtimal edilir.

Konstantin Panin – 43 yaşındadır. Putinin Rusiyadakı səfərləri zamanı çəkilmiş fotolarda onun prezidentin yanında tez-tez göründüyü bildirilir.

c66cbadd0cbb5093.webp

İvan Rojko – 38 yaşındadır. Moskva vilayətinin Domodedovo rayonundakı Barıbino qəsəbəsindən olduğu qeyd edilir. O da Federal Mühafizə Xidmətinin Akademiyasının məzunu kimi təqdim olunur.

Qrup bildirir ki, bu şəxslər Putinin ölkədaxili və xarici səfərləri zamanı Kremlin yaydığı foto və görüntülərdə tez-tez prezidentin yanında görünürlər. Bununla belə, onların fəaliyyəti və şəxsi həyatı barədə açıq mənbələrdə məlumatın məhdud olduğu vurğulanır.

Putin haqqında kitabın müəllifi Mark Qaleotti isə “Newsweek”ə açıqlamasında həmin şəxslərin Prezidentin Təhlükəsizlik Xidmətindən seçildiyini və prezidentin yanında necə davranmalı olduqlarını bildiklərini deyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…