Əsas məzmuna keç

Rusiya FTX: Dağıstanlı yeniyetmənin qurduğu şəbəkə ifşa edildi

Rusiya FTX: Dağıstanlı yeniyetmənin qurduğu şəbəkə ifşa edildi

Federal Təhlükəsizlik Xidməti Mahaçqalada terror aktı hazırlayan qruplaşmanı zərərsizləşdirdi. Gənc radikalların gizli planı necə ortaya çıxarıldı?

en ru

Ən böyük beynəlxalq şəbəkəsi icmasının Dağıstanda saxlanılan idarəedicisi Rusiyanın 10 regionunda 15 terror aktının təşkilində iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

"Saxlanılan şəxsin Rusiyanın 10 regionunda ən azı 15 terror hadisəsinin təşkilində iştirakı təsdiqlənib. Bütün icraçılar saxlanılıb, onların barəsində prosessual qərarlar qəbul edilib", - FTX-dən qeyd edilib.

Saxlanılan şəxs terror şəbəkəsi icmasına cəlb olunmuş radikallara terror aktlarının və kütləvi qətllərin törədilməsi taktikasını öyrədib, əldəqayırma partlayıcı qurğuların hazırlanması və s. ilə bağlı təlimatlarla təmin edib.

Həmçinin bildirilib ki, dağıstanlı yeniyetmənin administratoru olduğu terror şəbəkəsi icması və onun Ukraynadan olan kuratorları və Avropa ölkələrində avtomobillərdə və kilsədə yanğınlar təşkil edib, bu terror aktlarını Ukraynanın xüsusi xidmət orqanlarının agentləri koordinasiya ediblər. 2025-2026-cı illərdə ABŞ-nin müxtəlif şəhərlərində və Avropa ölkələrində icma iştirakçıları tərəfindən 20-dən çox mülki , xristian kilsəsi yandırılıb və ziyan vurulub.

Bundan başqa, onlar təhsil müəssisələrinin və sosial obyektlərin minalanması barədə yalan mesajlar göndəriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…