KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, respublikanın sabitliyinin KTMT və Rusiya Federasiyasından başqa alternativ təminatçısı yoxdur.
Ağasandyan deyib ki, “İrəvanda indi dominant xətt bu cür qarşılıqlı əlaqələrdən uzaqlaşmaqdır”.
Onun sözlərinə görə, İrəvanın bu mövqeyi “erməni xalqının maraqlarına ziddir”, çünki “milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir”.
“Respublikanın sabitliyinin təminatçısı olan KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru yekunlaşdırıb.