Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni ilqabağı qeyri-rəsmi sammitə dəvət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, Türkmənistanda MDB ölkələri liderlərinin məhdud tərkibdə keçirilən görüşündə bildirib.
"Əziz dostlar, xoş bir ənənəyə uyğun olaraq, hamınızı dekabrın 21-də ənənəvi olaraq qeyri-rəsmi dostluq görüşünə toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm", - Putin deyib.