Əsas məzmuna keç

İran Prezidenti MDB ilə “MDB+1” əməkdaşlıq formatı təklif edib

İran Prezidenti MDB ilə “MDB+1” əməkdaşlıq formatı təklif edib

Məsud Pezeşkian MDB sammitində İranın da iştirak edəcəyi “MDB+1” formatının yaradılmasını irəli sürüb. Onun sözlərinə görə, bu mexanizm dialoq və əməkdaşlıq üçün çevik platforma ola bilər.

en ru

İran İslam Respublikasının Prezidenti Müstəqil Dövlətlər Birliyinin () sammitində çıxış edərək Tehran ilə Birlik ölkələri arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə “MDB+1” yeni əməkdaşlıq formatının yaradılmasını təklif edib. Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Pezeşkian “MDB-yə üzv ölkələr + İran” formatının regional dialoq, iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində çevik və səmərəli mexanizm kimi təsis olunmasının vacibliyini diqqətə çatdırıb.

İran Prezidenti strateji əhəmiyyətə malik region dövlətlərinin bərabərhüquqlu və çoxqütblü yeni dünya nizamının formalaşması prosesində əsas aparıcı subyektlər olmalı olduğunu vurğulayıb. Tehranın qarşılıqlı etimada, suverenliyə hörmətə və ortaq maraqlara söykənən uzunmüddətli əməkdaşlıq modelinin tərəfdarı olduğunu bəyan edib.

Xatırladaq ki, Prezidentinin köməkçisi Yuri Uşakov MDB sammiti çərçivəsində oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin ilə Məsud Pezeşkian arasında ikitərəfli görüşün keçiriləcəyini bildirmişdi. Liderlərin strateji tərəfdaşlıq münasibətlərini, eləcə də Yaxın Şərqdə gərginləşən hərbi-siyasi vəziyyəti ətraflı müzakirə edəcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…