Əsas məzmuna keç

Rusiya İrana dronlardan istifadə ilə bağlı məsləhət verir

Rusiya İrana dronlardan istifadə ilə bağlı məsləhət verir

CNN: Kreml Tehrana Fars körfəzindəki ABŞ hədəflərinə qarşı taktiki dəstək verir. Şahid PUA-larının tətbiqi və kəşfiyyat sirləri barədə şok detallar bəlli oldu.

ru en

Rusiyanın Yaxın Şərqdəki müharibə zamanı İrana dronlardan istifadə ilə bağlı “ məsləhətlər” verdiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, mənbələrdən biri kanala Rusiyanın Tehran ABŞ və körfəzindəki hədəflərə zərbələr endirərkən dron taktikaları ilə bağlı kömək etdiyini deyib. Məlumata görə, bu cür konkret taktiki tövsiyələr Kremlin İrana dəstəyinin yeni səviyyəyə çatdığını göstərir.

Qeyd olunur ki, Qərb kəşfiyyatının məlumatına əsasən, daha əvvəl də Ukraynadakı münaqişədə istifadə edilən “Şahid” dronlarının tətbiqi ilə bağlı İrana qabaqcıl texnikalardan istifadə etməyə kömək edib. Lakin agentliyin nümayəndəsi Rusiyanın konkret hansı məsləhətləri verdiyini açıqlamayıb.

Amerika mediası həmçinin Rusiyanın ABŞ qoşunlarının yerləşdiyi yerlər barədə məlumatları İranla paylaşdığı iddialarını da yayıb. Bununla belə, qeyd olunur ki, Moskvanın hücumların koordinasiyasında birbaşa iştirak etmədiyi bildirilir.

ABŞ Prezidenti Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşması ilə bağlı iddiaları “axmaqlıq” adlandırıb. Pentaqon katibi Pit Heqset isə bu məlumatlarla bağlı narahat olmadığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…