Əsas məzmuna keç

"Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik"

"Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik"

Nikol Paşinyan 102-ci hərbi hissənin ölkəni tərk etməsi ilə bağlı sensasiyalı açıqlama verdi. Vladimir Putinin mövqeyindən sonra rəsmi İrəvanın yeni qərarı nədir?

en ru

Ermənistanın Nikol Rusiyanın Ermənistandakı hərbi bazasını ölkədən çıxarmaq qərarına etməyəcəklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Armenpress” məlumat yayıb.

“Bu müddət ərzində hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq və ərazisində 102-ci Rusiya hərbi bazasının mövcudluğunu vacib hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Lakin onlar qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq. Amma bütün bu müddət ərzində bu məsələləri biz qaldırmamışıq" - Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistanın Baş naziri ilə Bişkekdə keçirdiyi görüşdən sonra Rusiyanın Ermənistandakı hərbi bazası məsələsinə Rusiya prezidenti Vladimir Putin də toxunub.

Putin bildirib ki, Rusiya öz hərbi mövcudluğunu Ermənistana qəbul etdirmək niyyətində deyil. Onun sözlərinə görə, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Rusiya hərbçiləri ölkədən çıxa bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…