Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ermənistandan məhsul idxalını məhdudlaşdırdı

2 dəq
Paylaş:
Rusiya Ermənistandan məhsul idxalını məhdudlaşdırdı

12 iyundan etibarən Ermənistandan bütün karantin altında olan məhsullarının idxalını məhdudlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal - məlumat yayıb.

Bildirilib ki, qurum Ermənistandan Rusiyaya bütün karantin altında olan məhsulların, o cümlədən , üzüm, quru meyvə və daha çox məhsulun idxalını məhdudlaşdırıb.

Bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də 12 iyundan etibarən məhdudlaşdırılıb.

"Qərar karantin obyektlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ karantin məhsullarının idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib", - deyə Rosselxoznadzor-un məlumatında bildirilib.

O da qeyd olunub ki, Aİİ-də karantin mallarının siyahısına, məsələn, üzüm, soğan, düyü, qarğıdalı, müəyyən növ qəhvə və quru meyvələr, pomidor, kartof və digər məhsullar daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax