Türkiyə İsrailə məhsul ixracına qadağa qoyduğunu açıqlasa da, İsrail marketlərində Türkiyə istehsalı olan məhsulların satıldığı görünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diqqətçəkən məqam isə bəzi məhsulların üzərində məlumatların ivrit dilində qeyd olunmasıdır. Bu isə həmin məhsulların İsrail bazarı üçün nəzərdə tutulduğu təəssüratını yaradır.
Marketlərdə Türkiyə istehsalı müxtəlif məhsulların satışda olduğu müşahidə edilir.
İsrail bazarında satılan bu məhsulların Türkiyədən birbaşa, yoxsa üçüncü ölkələr vasitəsilə gətirilib-gətirilmədiyi isə ayrıca araşdırma tələb edir.
Qeyd edək ki, Türkiyə rəsmiləri İsrailə qarşı ticarət məhdudiyyətləri tətbiq edildiyini və İsraillə ticarətin dayandırıldığını bildiriblər.